• Bakı 20° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Fransada etirazçılar bələdiyyə binasını dağıdıblar

DÜNYA

17 Oktyabr 2026 | 16:38 | Müəllif: Günəş Mərd

Fransada etirazçılar bələdiyyə binasını dağıdıblar

Fransanın Marsel şəhərində etirazçılar bələdiyyə binasının giriş qapısını sındıraraq binaya daxil olublar.

Bakıvaxtı.az xəbər verir ki, “La Provence” qəzetinin məlumatına görə, aqressiv nümayişçilərdən bir neçəsi binanın daxilində divarları boya ilə rəngləyib.

BFMTV telekanalının yayımladığı görüntülərdə Fransa Respublikasının milli simvollarından biri olan Mariannanın büstünün də sındırıldığı əks olunub. Hadisədən sonra xüsusi polis bölməsi bələdiyyə binasını mühasirəyə alıb, girişdə isə qalxanlı polis əməkdaşları yerləşdirilib.

Məlumata görə, meriyaya hücumdan bir qədər əvvəl eyni qrup şəhər mərkəzindəki bələdiyyə polis bölməsini talan edib və bir neçə mağazaya ziyan vurub.

Marseldə baş verən hadisələr Fransanın müxtəlif şəhərlərində keçirilən genişmiqyaslı etirazlar fonunda yaşanıb. Oktyabrın 17-də Parisdə və ölkənin digər şəhərlərində ümumilikdə təxminən 190 min nəfərin, o cümlədən paytaxtda 40 minə yaxın insanın aksiyalara qatılacağı gözlənilirdi.

Etirazlarda taksi sürücüləri, tibb və tikinti işçiləri, həmkarlar ittifaqlarının üzvləri, orta məktəb şagirdləri və “Sarı jiletlilər” hərəkatının keçmiş iştirakçılarının yer alacağı bildirilirdi.

Aksiyaların əsas səbəbləri arasında əhalinin alıcılıq qabiliyyətinin azalması və yanacağın qiymətinin artması göstərilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026