• Bakı 20° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Türkiyə Maksim Qalkinin konsertinin ləğvini tələb edir

ŞOU

17 Oktyabr 2026 | 18:29 | Müəllif: Subhan Mahmudov

Türkiyə Maksim Qalkinin konsertinin ləğvini tələb edir

Türkiyə şoumen Maksim Qalkinin konsertinin ləğv edilməsini tələb edib.

Bakıvaxtı.az xəbər verir ki, Qalkinin oktyabrın 25-də İstanbulda çıxışı planlaşdırılsa da, İsraildə yaşaması və ölkənin Qəzza zolağındakı hərbi əməliyyatlarını dəstəkləməsi etiraza səbəb olub. Türkiyəlilər Qalkinin döyüş zamanı həlak olan İsrail xüsusi təyinatlı qüvvələrinin əsgərini qəhrəman adlandırmasından da narazıdırlar.

Türk fəalları konsertin ləğv edilməsini tələb edən bəyanatla yerli Daxili İşlər Nazirliyinə və Mədəniyyət Nazirliyinə, eləcə də İstanbul valiliyinə müraciət ediblər.

Qeyd edək ki, 2022-ci ildə Maksim Qalkin həyat yoldaşı Alla Puqaçova ilə birlikdə Rusiyanı tərk edib. Cütlük əvvəlcə İsraildə yaşayırdı, lakin sonradan Kiprə köçüb. Hazırda onlar Limasolda villa kirayələyiblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026