• Bakı 19° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Ukraynada keşiş 3 nəfəri güllələyib

DÜNYA

16 Oktyabr 2026 | 17:35 | Müəllif: Əli Hüseynov

Ukraynada keşiş 3 nəfəri güllələyib

Ukraynanın Zakarpatye vilayətinin Vışkovo qəsəbəsində atışma olub, 3 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.

    Məlumata görə, daha əvvəl keşiş kimi xidmət etmiş 45 yaşlı şəxs əvvəlcə yerli sakinin həyətinə daxil olaraq ev sahibi və onun həyat yoldaşına bir neçə dəfə atəş açıb. O, daha sonra küçəyə çıxaraq yoldan keçənlərə atəş açıb.

    Atışma nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

    Polis xüsusi əməliyyat keçirərək şübhəlini saxlayıb. Hadisənin mümkün motivləri arasında məişət münaqişəsi və xuliqanlıq versiyaları araşdırılır.

    Axtarışlar zamanı onun yaşadığı evdə və xidmət etdiyi kilsənin ərazisində qeydiyyatsız ov tüfəngi, tapança və patronlar, həmçinin ilkin olaraq çətənə olduğu ehtimal edilən maddə aşkarlanıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR