Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, toplantıda struktur dəyişiklikləri ilə bağlı qərar veriləcək.
Partiyanın Veteranlar Şurasına, Təftiş Komissiyasına, eləcə də Gənclər Birliyinə sədr seçiləcək.
İclasda eyni zamanda Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin YAP üzvlüyündən çıxarılması məsələsinə baxılacaq.
















