Avropa İttifaqı Gürcüstanda yeni layihələrin həyata keçirilməsi üçün 38 milyon avro vəsait ayrılacaq.
Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi məlumat yayıb.
Nümayəndəliyin açıqlamasına görə, Avropa İttifaqı 30 ildən artıqdır Gürcüstan əhalisini dəstəkləyir. 1992-ci ildən bəri qurum ölkənin inkişafına kömək məqsədilə kənd təsərrüfatının inkişafı, regionlarda yaşayan insanların öz bizneslərini qurmasına dəstək, havanın keyfiyyətinin yaxşılaşdırılması və Şərq-Qərb sürətli avtomobil magistralının modernləşdirilməsi də daxil olmaqla müxtəlif sahələrə 2 milyard avrodan çox investisiya yatırıb.
Avropa İttifaqı 2026-cı ildə də Gürcüstanın müxtəlif bölgələrində ailələr və icmalar üçün müsbət dəyişikliklərə nail olmağa yönəlmiş layihələri maliyyələşdirəcək.
Gülşən Şərif
















