• Bakı 21° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

"Nənələr"in üzvünün Ukraynada öldürülən oğlu DƏFN EDİLDİ

HADİSƏ

16 Oktyabr 2026 | 12:36 | Müəllif: Əli Hüseynov

"Nənələr"in üzvünün Ukraynada öldürülən oğlu DƏFN EDİLDİ

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan və dron hücumu nəticəsində öldürülən 58 yaşlı lənkəranlının nəşi doğulduğu kəndə gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyevin nəşi bu gün doğulduğu kənddə dəfn edilib.

    Onunla son vida mərasimində yaxınları, kənd sakinləri ilə yanaşı Ukrayna səfirliyinin Azərbaycanda hərbi attaşesi polkovnik Taras Novrovski də iştirak edib.

    Qeyd edək ki, Vahab Quliyev Kupyansk istiqamətində gedən döyüşlər zamanı PUA zərbəsi nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.
    Vahab Quliyev, məşhur "Nənələr" qrupunun üzvü Xanımbacı Quliyevanın oğludur. O, anasının qəbrinin yanında torpağa tapşırılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    16 Oktyabr 2026