• Bakı 23° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Tanınmış türkiyəli jurnalist saxlanıldı

ŞOU

16 Oktyabr 2026 | 12:08 | Müəllif: Əli Hüseynov

Tanınmış türkiyəli jurnalist saxlanıldı

Türkiyəli jurnalist Murad Ağırel saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, fondla bağlı istintaq çərçivəsində barəsində ev dustaqlığı qərarı verilən Ağırelə qarşı hazırda “əmlak dəyərlərinin leqallaşdırılması” ittihamı irəli sürülür.

Məsələ ilə bağlı Baş Prokurorluğun açıqlama verməsi gözlənilir.

Qeyd edək ki, Ağırel kapital bazarındakı hadisələrlə bağlı başlanmış fond istintaqı çərçivəsində Türkiyənin ticarət naziri Ömər Bolatın şikayəti əsasında “şübhəli” qismində ifadə vermişdi. Ağırel barəsində məhkəmə nəzarəti tədbiri tətbiq edilmişdi. Baş Prokurorluğun qərardan etiraz etməsindən sonra isə Sülh Cəza Məhkəməsi onun barəsində ev dustaqlığı qərarı çıxartmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR