• Bakı 23° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Şıxlinskinin rəhbəri olduğu diaspor təşkilatı ləğv edildi

SİYASƏT

16 Oktyabr 2026 | 13:09 | Müəllif: Əli Hüseynov

Şıxlinskinin rəhbəri olduğu diaspor təşkilatı ləğv edildi

Rusiya məhkəməsi Yekaterinburqdakı "Azərbaycan-Ural" diaspor təşkilatını ləğv edib.

Bakıvaxtı.az xəbər verir ki, "Azərbaycan-Ural" milli mədəni təşkilatının ləğv edilməsi barədə qərar Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrində yerləşdirilib.

Qeyd edək ki, təşkilat rəsmi olaraq 2023-cü ilin yanvar ayında qeydiyyata alınıb. Onun təsisçisi Şahin Şıxlinski Yekaterinburqda və Rusiyanın Sverdlovsk vilayətində yaşayan həmvətənlərimizə yardım və dəstək göstərmək üçün birlik yaradıb.

2025-ci ildə Rusiyada Azərbaycan diasporuna hücumlar zamanı Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb.

2026-cı ilin aprelində Şahin Şıxlinski sifarişli qətllərin təşkili və hüquq-mühafizə orqanı əməkdaşına güc tətbiq etmək ittihamı ilə 24 il müddətinə azadlıqdan məhrum edilib. Oğlu Mutvalı Şıxlinski isə 8 il müddətinə həbsə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR