• Bakı 23° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Pensiya kapitalının indeksasiyası mexanizmi təkmilləşdirilir

İQTİSADİYYAT

16 Oktyabr 2026 | 11:19 | Müəllif: Əli Hüseynov

Pensiya kapitalının indeksasiyası mexanizmi təkmilləşdirilir

“Layihənin əsas məqsədi pensiya təminatı sistemində büdcə və sığorta prinsiplərini gücləndirmək, pensiya kapitalının indeksasiyası mexanizmini təkmilləşdirmək və pensiya təminatının dayanıqlılığını artırmaqdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Musa Quliyev Milli Məclisin 16 oktyabr tarixli iclasında “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və digər qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, qanun layihəsi əvvəlki oxunuşlarda ətraflı müzakirə olunub. Onun sözlərinə görə, layihənin hazırlanmasında əsas məqsəd pensiya təminatı sistemində büdcə və sığorta prinsiplərini daha da gücləndirmək, pensiya kapitalının indeksasiyası mexanizmini təkmilləşdirmək və sistemin dayanıqlılığını artırmaqdır:

“Layihə ilə bağlı komitəyə əlavə təklif daxil olmayıb və sənədin mətnində dəyişiklik edilməyib”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR