"Mətbuat Şurasında üzvlük haqqılarını ödəməyənlər var".
Bakıvaxtı.az oxu.az-a istinadla xəbər verir ki, bunu Mətbuat Şurasının Nəzarət Təftiş Komissiyasının sədri Rey Kərimoğlu deyib.
O bildirib ki, qurultay nümayəndələri olan üzv təşkilatların üzvlük haqqını ödəməsi nizamnamənin tələbidir:
"Gündəlik qəzetlər və saytlar üçün 148 manat, həftəlik qəzetlər üçün isə 99 manatdır. Məncə bu pulu ödəmək çətin deyil".











