• Bakı 20° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Tramp süni intellektlə bağlı bəyanat verəcək

MULTİMEDİA

28 Sentyabr 2026 | 08:52 | Müəllif: Qalib İbrahimoğlu

Tramp süni intellektlə bağlı bəyanat verəcək

ABŞ Prezidenti Donald Tramp sentyabrın 28-də Ağ Evdə süni intellektlə bağlı bəyanatla çıxış edəcək.

Bakıvaxtı.az xəbər verir ki, Tramp, həmçinin “Anthropic” şirkətinin baş direktoru Dario Amodei ilə görüşəcək və onunla şam yeməyində iştirak edəcək.

ABŞ liderinin sözlərinə görə, süni intellektlə bağlı görüş və bəyanat mühüm əhəmiyyət daşıyacaq.

Qeyd edək ki, Amodei süni intellekt texnologiyalarının nəzarətsiz inkişafının mümkün riskləri barədə daha əvvəl xəbərdarlıq edib. Tramp isə süni intellekt texnologiyalarının inkişafının davam etdirilməsini dəstəkləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026