• Bakı 22° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

MULTİMEDİA

25 Sentyabr 2026 | 00:21 | Müəllif: Subhan Mahmudov

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

“TikTok” Böyük Britaniya İnformasiya Komissarlığı Ofisinin (ICO) 2023-cü ildə tətbiq etdiyi 12,7 milyon funt-sterlinq (16,8 milyon dollar) cərimə ilə bağlı apellyasiya şikayətini geri götürüb.

Bakıvaxtı.az xəbər verir ki, cərimə 13 yaşdan kiçik uşaqların şəxsi məlumatlarının mühafizəsi qaydalarının pozulmasına görə tətbiq edilib.

ICO-nun məlumatına görə, “TikTok”un qaydaları bu yaş qrupunda olan uşaqların platformadan istifadəsini qadağan etsə də, 2020-ci ildə Böyük Britaniyada təxminən 13 yaşdan kiçik 1,75 milyon uşaq “TikTok”dan istifadə edib.

Böyük Britaniya qanunvericiliyinə əsasən, 13 yaşdan kiçik uşaqlara onlayn xidmət göstərən şirkətlər valideyn və ya qəyyum razılığı almalıdır.

“TikTok” Çin texnologiya şirkəti” ByteDance”yə məxsusdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026