• Bakı 21° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Köçmə xərcləri ilə bağlı qanunvericilik dəyişir

SİYASƏT

16 Oktyabr 2026 | 11:23 | Müəllif: Günəş Mərd

Köçmə xərcləri ilə bağlı qanunvericilik dəyişir

“Qanun layihəsi bir sıra qanunvericilik aktlarında müvafiq dəyişikliklərin edilməsini nəzərdə tutur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində və bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, dəyişikliklər müvafiq dövlət orqanlarının əməkdaşlarının əməyinin ödənilməsi, eləcə də onların və ailə üzvlərinin yeni qulluq və ya xidmət yerinə köçməsi ilə bağlı xərclərin qarşılanmasını əhatə edir.

Layihədə köçmə ilə əlaqədar daşınma xərclərinin ödənilməsi və birdəfəlik kompensasiya ilə bağlı ifadələrin dəqiqləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026