Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Sultan Hacıyevi 2026–2030-cu illər üzrə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeni Baş katibi təyin olunması münasibətilə təbrik edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirlik "X" hesabında paylaşım edib.
"Ona bu mühüm vəzifəsində uğurlar arzulayır, Asiyada dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsinə, eləcə də CICA-nın məqsədlərinin həyata keçirilməsinə töhfə verməsini diləyirik", - deyə paylaşımda qeyd edilib.
















