• Bakı 23° C

    5.46 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Kürdəmirdə 2 yük maşını toqquşdu: ölən var

HADİSƏ

16 Oktyabr 2026 | 09:34 | Müəllif: Əli Hüseynov

Kürdəmirdə 2 yük maşını toqquşdu: ölən var

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Mahmud Əliyevin idarə etdiyi “İsuzu” markalı yük avtomobili yol kənarında dayanmış “Mersedes” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində “Isuzu”nun sərnişini, 1980-ci il təvəllüdlü Taleh Cabbarov hadisə yerində həyatını itirib. Sürücü Mahmud Əliyev isə xəsarət alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026