Nigeriyanın şimal şərqindəki Borno vilayətində yerləşən hərbi hissəyə silahlı basqın nəticəsində 15 hərbçi və hücum zamanı hərbçilərə dəstək verən müştərək mülki qüvvələrin 5 üzvü qətlə yetirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nigeriya ordusunun rəsmi şəxsi “France-Presse” agentliyinə açıqlamasında deyib.
Hücum edənlərin İŞİD-lə əlaqəli olduğu bildirilir.
Qeyd edilir ki, hücum nəticəsində hərbi hissə darmadağın edilib. Hərbçilər 18 kilometr uzaqlıqda yerləşən Monqono şəhərinə doğru geri çəkilməyə məcbur olublar.
















