• Bakı 21° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Coğrafi adlarımız milli kimliyimizin bir hissəsidir - Deputat

CƏMİYYƏT

16 Oktyabr 2026 | 11:31 | Müəllif: Günəş Mərd

Coğrafi adlarımız milli kimliyimizin bir hissəsidir - Deputat

“Coğrafi adlar yalnız yaşayış məntəqələrini fərqləndirən adlar deyil, onlar xalqın tarixini, yaddaşını, mənəvi dünyasını və milli mənsubiyyətini özündə yaşadan mühüm dəyərlərdir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputatın sözlərinə görə, tarixi adların qorunması və bərpası milli yaddaşın yaşadılması, tarixi-mədəni irsin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Siyavuş Novruzov vurğulayıb ki, milli irsin qorunması, tarixi toponimlərin bərpası və coğrafi adların xalqın milli kimliyinə, tarixi köklərinə uyğunlaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir.

O bildirib ki, təqdim olunan qanun layihəsi yalnız texniki-hüquqi məsələ deyil, həm də xalqın milli-mənəvi dəyərlərinə, tarixi yaddaşına və dövlətçilik ənənələrinə ehtiramın ifadəsidir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026