• Bakı 26° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək

İQTİSADİYYAT

16 Oktyabr 2026 | 00:40 | Müəllif: Subhan Mahmudov

Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək

2027-2030-cu illərdə Azərbaycanın dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları) bərpasına və yenidən qurulmasına 13,2 milyard manat xərclənəcəyi proqnozlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Sənədə əsasən, həmin xərclərin əsaslı xərclərdə xüsusi çəkisi 24,1 % təşkil edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026