• Bakı 19° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Kaya Kallas: Ukraynadakı vəziyyət son dərəcə çətindir

DÜNYA

16 Oktyabr 2026 | 14:54 | Müəllif: Gülşən Şərif

Kaya Kallas: Ukraynadakı vəziyyət son dərəcə çətindir

Ukraynadakı vəziyyət həqiqətən çətindir və Rusiya müharibəni dayandırmağa və ya atəşkəsə razılaşmağa hazır olduğuna dair heç bir işarə vermir.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas deyib.

O bildirib ki, Rusiya Ukraynaya kompensasiya ödəyənə qədər dondurulmuş aktivlərin qaytarılmayacağı ilə bağlı razılıq var. 

"Biz Ukraynanı dəstəkləməliyik, o cümlədən onun çətin olacaq qışdan çıxmasına kömək etməliyik. Buna görə də ukraynalılara dözməyə və ölkələrini müdafiə etməyə kömək etməliyik", - deyə Kallas qeyd edib.

Avropa diplomatiyasının rəhbəri vurğulayıb ki, bu gün Avropa İttifaqı liderləri yenidən dondurulmuş Rusiya aktivləri məsələsini müzakirə edəcəklər.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026