• Bakı 21° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Zahid Oruc: Süni intellekt dövlət qulluqçusunu əvəz etməməlidir

SİYASƏT

16 Oktyabr 2026 | 11:42 | Müəllif: Günəş Mərd

Zahid Oruc: Süni intellekt dövlət qulluqçusunu əvəz etməməlidir

“Süni intellekt dövlət qulluqçusunun işini asanlaşdırmalıdır, onu əvəz etməməlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət xidmətləri haqqında” Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, qanun layihəsi mövcud qanunvericiliyin təkmilləşdirilməsini, elektron xidmət anlayışının dəqiqləşdirilməsini və Elektron Hökumət İnformasiya Sisteminin tətbiq imkanlarının genişləndirilməsini nəzərdə tutur.

Onun sözlərinə görə, müasir dövlət idarəçiliyində vətəndaşların vaxtına qənaət etmək, xidmətlərin operativliyini artırmaq və insanları müxtəlif qurumlar arasında vaxt itirməkdən xilas etmək mühüm əhəmiyyət daşıyır.

Zahid Oruc Azərbaycanın “ASAN xidmət” modelinin bu sahədə mühüm yeniliklərə imza atdığını deyib. O, elektron xidmətlərin və elektron kabinet imkanlarının genişləndirilməsinin dövlət idarəçiliyində yeni mərhələ olduğunu vurğulayıb.

Deputat gələcəkdə vətəndaş müraciətlərini anlayan, qanunvericiliklə bağlı izahlar verən, tələb olunan sənədləri müəyyənləşdirən və müxtəlif qurumların xidmətlərini əlaqələndirən süni intellekt əsaslı platformaların inkişaf edəcəyini bildirib.

O əlavə edib ki, süni intellekt texnologiyaları dövlət qulluqçularının fəaliyyətini asanlaşdırmalı, onların işini daha səmərəli etməli, lakin insan amilini və dövlət qulluqçusunu əvəz etməməlidir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026