• Bakı 22° C

    5.86 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

İQTİSADİYYAT

15 Oktyabr 2026 | 23:09 | Müəllif: Subhan Mahmudov

ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

Oktyabrın 9-na olan vəziyyətə görə ABŞ-də kommersiya neft ehtiyatları həftə ərzində 8,6 milyon barel azalaraq 415,6 milyon barel təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, ehtiyatların hazırkı həcmi ilin bu vaxtı üçün son beş ilin orta göstəricisindən 3 % aşağıdır.

Məlumatların dərci fonunda neft qiymətləri artım nümayiş etdirib. Bakı vaxtı ilə saat 20:25-ə olan vəziyyətə görə, Londonun ICE birjasında "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 0,11 % artaraq bir barel üçün 106,18 dollara çatıb.

WTI markalı neftin noyabr fyuçersləri 3,37 % bahalaşaraq bir barel üçün 98,29 dollara çatıb


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026