• Bakı 19° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

“Sovxoz 2” adı niyə hələ də qalır? - Fazil Mustafa

SİYASƏT

16 Oktyabr 2026 | 11:36 | Müəllif: Günəş Mərd

“Sovxoz 2” adı niyə hələ də qalır? - Fazil Mustafa

“Bu gün müstəqil dövlətimizin mahiyyətinə uyğun olmayan adlarla bağlı məsələlərə diqqət yetirilməlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin 16 oktyabr tarixli iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat sovet dövründən qalan bəzi yaşayış məntəqələrinin və küçələrin adlarının dəyişdirilməsini təklif edib. O, Sabunçu rayonu ərazisindəki “Sovxoz 2” və “Romana Gülçülük sovxozu” kimi adları nümunə göstərib. 

Fazil Mustafa bildirib ki, həmin adlar bu günün reallıqlarını əks etdirmir və onların dəyişdirilməsi məsələsinə operativ yanaşmaq lazımdır. Deputatın fikrincə, bu işin kompleks şəkildə həyata keçirilməsi əlavə maddi vəsait xərclənmədən problemin həllinə imkan verə bilər.

O, Pirşağı ərazisinin tərkibində yerləşən, təxminən 15 min nəfərin yaşadığı məntəqənin adının da müstəqil Azərbaycanın mahiyyətinə uyğunlaşdırılmasına diqqət yetirilməsini istəyib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026