Türkiyənin "Beşiktaş" klubu UEFA Avropa Liqasının II turunda "Hoffenhaym"la matçöncəsi ciddi itki ilə üzləşib.
Bakıvaxtı.az xəbər verir ki, İstanbul təmsilçisinin rəsmi məlumatına görə, serbiyalı hücumçu Duşan Vlahoviç mədəsində yaranan viral qastroenterit diaqnozu ilə müalicə aldığı üçün Almaniya klubu ilə qarşılaşmanın heyətinə daxil edilməyib.
26 yaşlı futbolçu oktyabrın 15-də keçiriləcək görüşdə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Hoffenhaym" - "Beşiktaş" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

















