ABŞ prezidenti Donald Tramp İranla münaqişənin tezliklə bitəcəyinə əminlik versə də, eyni zamanda İslam Respublikasına qarşı yeni tədbirlər görəcəyi ilə hədələyib.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, o, bu barədə Alyaskada qarşıdan gələn aralıq konqres seçkilərinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
"Gözləyin və görün, İranla nə edəcəyik. Onlarla zarafat edəcəyik. Çünki bütün bunlardan bezmişik. Qələbəyə çox yaxınıq. Bu müharibə çox tezliklə bitəcək", - deyə Tramp bildirib.
Gülşən Şərif
















