14 oktyabr tarixində Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirilib.
XİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, iclasda 15 oktyabr tarixində Bakıda keçiriləcək AQEM-in Yeddinci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib.
AQEM çərçivəsində Azərbaycan Respublikasının son iki ildə sədrliyi çərçivəsində həyata keçirilmiş fəaliyyət, AQEM üzv dövlətləri arasında əməkdaşlığın gələcək istiqamətləri, habelə Müşavirənin təşkilati məsələlərinə həsr edilmiş sənəd layihələri üzrə razılıq əldə olunub, layihələrin Zirvə Görüşünə təqdim edilməsi barədə müvafiq qərar qəbul edilib.
AQEM-in VII sammitində qəbul ediləcək sənəd layihələri üzrə RAZILIQ
SİYASƏT
14 Oktyabr 2026 | 17:21 | Müəllif: Günəş Mərd

SON XƏBƏRLƏR
15:44
11:39















