• Bakı 19° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Azərbaycan Ordusunda NATO-nun qiymətləndirmə təlimi keçirilir - FOTOLAR

SİYASƏT

14 Oktyabr 2026 | 14:36 | Müəllif: Əli Hüseynov

Azərbaycan Ordusunda NATO-nun qiymətləndirmə təlimi keçirilir - FOTOLAR

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramına bəyan edilmiş Azərbaycan Ordusunun sülhməramlı tabor və Hərbi Polis bölüyünün 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin ilkin mərhələsi uğurla başa çatıb.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, təlimdə bölmələrin silahlanmasında olan texnika, təchizat, avadanlıqlara baxış keçirilib, NATO standartları və tələblərinə uyarlılıq səviyyəsi yoxlanılıb.
Qeyd edək ki, qiymətləndirmə NATO-nun Quru Qoşunları Komandanlığının iştirakı ilə Alyansın müxtəlif qərargahlarının və tərəfdaş ölkələrin ƏİK üzrə qiymətləndiriciləri tərəfindən həyata keçirilir.


Azərbaycan Ordusunda NATO-nun qiymətləndirmə təlimi keçirilir - FOTOLARAzərbaycan Ordusunda NATO-nun qiymətləndirmə təlimi keçirilir - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR