• Bakı 18° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

İsrail ABŞ-dan təcili “Apaçi”lər alır

DÜNYA

14 Oktyabr 2026 | 19:25 | Müəllif: Subhan Mahmudov

İsrail ABŞ-dan təcili “Apaçi”lər alır

İsrail hökuməti ABŞ istehsalı olan 12 ədəd “Apaçi” zərbə helikopterinin təcili satın alınması üçün təxminən 300 milyon dollar vəsait ayrılmasını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Məlumata görə, satınalmanın maliyyələşdirilməsi İsrailin fələstinli vətəndaşlarının yaşadığı ərazilər üçün nəzərdə tutulan beşillik investisiya proqramının ixtisarı hesabına planlaşdırılır.

Qeyd olunub ki, ABŞ yanvar ayında İsrailə “Apaçi” zərbə helikopterlərinin mümkün satışını təsdiqləyib. Lakin son həftələrdə büdcə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı İsrailin müdafiə və maliyyə nazirlikləri arasında yaranan ciddi fikir ayrılıqları sövdələşmənin həyata keçirilməsini çətinləşdirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR