Azərbaycanda məktəbli geyimləri ilə bağlı yeni qaydalar müxtəlif daxili və xarici çevrələrdə məqsədli şəkildə fərqli mövqedən yozulur. Muzdlu trolların fəallaşması ölkədə geniş müzakirələrə yol açıb, bəzilərinin iç üzünü ortaya qoyub.
Mütləq əksəriyyət bu təşəbbüsü bəyənməklə, onu dünyəvi dövlət siyasətinin təməl Konstitusiya haqqı olaraq dəstəkləməkdədir. Həm də aydın görünür ki, proses yaxın qonşudan və onun təsir dairəsindəki çevrələrdən qaynaqlansa qa, sistemli xarakterli olub, radikal dini çevrələrin, bəzən də cəmiyyətimizin o qədər də öyrəşmədiyi ifrat mütəşəkkil klerikal qruplarların birbaşa fəallığı ilə müşayiət olunur.
Amma mən bu hadisələrə bir başqa rakursdan - daha qlobal nailiyyətlərimizin həzm edilməməsi prizmasından yanaşmaq istəyirəm. Bu da ölkəmizin artan beynəlxalq nüfuzunun “yaxın özümüzünkülər” tərəfindən bir çox hallarda həzm edilməməsidir. Son vaxtlar sağımızda və solumuzdakı bəziləri kimi dərin münaqişə bataqlığında boğulan Şimal qonşumuzda da bu qısqanclıq çəkildə büruzə verilməkdədir. Bir az geniş rakursdan yanaşsaq Azərbaycan Respublikası təkcə hərbi və diplomatik uğurları ilə yox, həm də əhalisi, yetkin demoqrafik tabanı, köklü milli kimliyi, çoxşaxəli enerji layihələri, hava, su, yerüstü quru və dəmiryolu nəqliyyat qovşaqları, cəmiyyətin sosial əsaslarının dünyəvi əsasları, dini tolerantlığı ilə çox böyük rəqabətədavamlılıq nümunəsi göstərərəkdünyada göz oxşayır. Bizə yaxın üç məlum qonşu isə ya müharibə, ya da maliyyə bataqlığından çıxa bilmirlər. Bu da onların daxili gərginliklərinin pik həddində olması ilə, xüsusilə Rusiya və İranın yaxın qonşularda mövsümi ictimai-humanitar böhranlar “yaratmaqla” gündəm dəyişmək istəkləri ilə bağlıdır.
Yerləşdiyimiz geosiyasi məkan etnik, dini, mədəni-mənəvi dəyərlər, yeraltı və yerüstü qaynaqlar baxımından həmişə döyük güclərin maraqlar toqquşması üçün əlverişlı olub.
Digər tərəfdən sistem yeniləşməsi kimi ağrılı bir prosesi yaşayan İran, Rusiya və Türkiyə kimi dünya düzəninə meydan oxuyan qonşularla etnik, dini və coğrafi bağlarımızın doğurduğuvazkeçilməzlik, nəhayət, Avropanın və Çinin bizdə kəsişən maraqları ölkəmizin təhlükəsizliyini daim nəzarətdə saxlamagımızı tələb edir. ”Tramp layihəsi” ilə Zəngəzur dəhlizinin yeni təhlükəsizlik orbitinə çıxması ilə Orta gücə çevrilməyimiz, nəhayət İlham Əliyev faktoruna dünya nəhənglərinin başçıları səviyyəsində onun intellektual-nəzəri keyfiyyətlərinə istinadən yüksək dəyər verilməsi də bizə olan müsbət və mənfi həsədləri şiddətləndirir.
İran prizmasından yanaşdıqda ölkəmizin İsrail və Türkiyə ilə çoxşaxəli qarşılıqlı əlaqələrinə məkrli münasibət getdikcə tündləşir. Ölkəmiz İranın dövlət-kletikal-məzhəbi siyasətini daxili təhlükəsizliyimizə təhdid kimi görərək buna sistemli şəkildə dirənişi strateji hədəflərindən biri kimi görür.
İranın teopolitik təzyiqlərini tərəfimizdən qarşılıqlı etimada və qonşuluğa təhdid kimi dəyərləndiririk.
Əsasən;
⁃ Dini inancların siyasi təsir mexanizminə çevrilməsi;
⁃ Məzhəb özgürlüyünün pozulması adı altında xarici siyasi rəqabətin şiddətlənməsi;
⁃Dilin, dinin, əqrəbalığın təhrifinə əsaslanan çağırışların güclənməsi;
⁃ Bu həssas teoloji reallıq üzərindən proksi regional-teoloji təsir dairəsi yaratmaq cəhdləri və s bizim daha ayıq olmağımızı tələb edir.
⁃ Enerji siyasətimiz milli təhlükəsizliyin qarantı kimi.
Azərbaycanın Orta dəhlizin ciddi gücünə çevrilməsi, saysız-hesabsız layihələrin yeni alterniv yollarını müəyyən etmək sayəsində permanent dayanıqlı, fəal təşəbbüslərlə çıxış etməsi, yeni geocoğrafi üstünlüklərə nail olması, çoxvektorlu, çevik diplomatik siyasət, fasiləsiz olaraq davam etdirilən regional və beynəlxal enerji layihələrinə istinadən iqtisadi sıçrayışların dayanıqlığı ona yönəlik həsədləri artırmaqdadır.
Birbaşa və açıq olmasa da üstüörtülü şəkildə bilvasitə bu məsələlərə kölgə salınması cəhdləri bir tərəfdən də Şimaldan gələn təzyiqlərlə yeni məzmun kəsb etməklə, bizi hədəflərimizdən yayındırmaq məqsədlidir. Buna qarşı ayıq olmaqda davam etməliyik.
Milli müstəqilliyimizə, ərazi bütövlüyü və dövlət suverenlyimizə, ölkəmizin perspektiv inkişafı prosesinə qarşı məlum güclər tərəfidən təhrikediçi mahiyyəti ilə zaman-zaman xeyli insan və iqtisadi resursların itkisi, sistem dəyişməsi ərəfəsi və sonrası deportasiyalar, daxili köçlər, miqrasiya kimi sosial balansa təsir edən məsələləri də daxil etsək keçdiyimiz tarixi transformasiya prosesinin ziqzaqlarla dolu əzəmətini aydın görə bilərik.
Hələ Çar və Sovet Rusiyası dövrü tətbiq edilən zorakı köçkünlük, erməni məskunlaşmaları ,dövrün siyasi repressiyalrı , kolxozlaşma və sovxozlaşma kimi sovet təsərrüfarı formasının kortəbii urbanizasiyaya təsiri,bütün bu sosial kataklizmlərin doğurduğu insan birliklərinin keçdiyi kommunizm dünyagörüşünün nəticəsi olan ateizm mərhələsi, eləcə də işğal mərhələsinin ciddi fəsadları olaraq milli-mənəvi-dini dəyərlərimizin zaman-zaman aşınmasına da öz təsirini göstərib. Bir sözlə, özünəməxsus demokrafik inkişaf tariximiz milli müstəqil dövlət quruculuğu zəminində tədricən yeni dövlətçilik təfəkkürünün oturuşması ilə tarixi inkişaf mərhələsinə daxil olub.
Bu mərhələnin ən böyük nailiyyətlərindən biri də vicdan azadlığıdır. Zamana ehtiyacı olan bu mərhələnin bir çox hallarda kənar güclər tərəfindən zorlanması onun təkamülü kimi zaman tələb edən kardinal prosesə təzyik göstərilməsi özünün təhrikedici mahiyyəti ilə yolverilməzdir. Bu sahədə Rusiya və Türkiyədən daha təhlükəli xətt yürüdən İrana münasibətdə doktrinamız açıq və net olmalıdır.
Azərbaycandan keçən nəqliyyat xətləri (su,quru,hava, dəmiryolu) təkcə iqtisadi imkanları ilə seçilmir,daha doğrusu,milli təhlükəsizliyimizin qarantı rolunu da oynayır. Bununla bağlı İpəkyolu layihəsi üzərindən Sərq - Qərb istiqamətli çoxşaxəli regional və beynəlxalq Logistik haba çevrilməmiz bizi daha cazibədar geoiqtisadi məkana çevirib.
Amma nə qədər paradoksal da olsa əzəli ərazimiz olan Naxçıvanla avtomobil və dəmiryolu əlaqəmizə Ermənistandan çox qonşu İran hərtərəfli, xüsusən də radikal məzhəbçi təmayüllərin sel kimi axınları ilə mane olur, bizim ərazilərimiz arasındakı bağları bərpa cəhdlərimizə qarşı “bu, bizim qırmızı cizgimizdir” deyərək gülməli əzələ nümayiş etdirir, bu məsələdə daha konstruktiv əlaqələrə keçmək istəyən Ermənistana açıq təzyiq göstərirlər.
Hətta “biz istəsək Xəzərdən keçən bütün kommunikasiya xətlərini də bağlayarıq” sərsəm ritorikadan istifadə edirlər.
Hərdən fikirləşirsən ki, onların müsəlman dünyasını təhdid ritorikası haradan qaynaqlanır?
Bütün bunlar bizi:
- milli təhlükəsisizlyimizə xüsusi diqqət yetirməyi;
- diplomatik çevikliyimizin ahəngdarlığını qorumağı;
- sosial demokrafik dayanıqlığı yüksəkdə tutmağı;
- iqtisadi əlaqələrimizin çoxqütblüyünə prioritet yanaşmanı;
- intellektual gəlişimi daha da yuksək tutmağı;
- hüquqi bazanın və vətəndaş həmrəyliyinin dayanıqlığını qorumağı
hədəflərimiz olaraq möhkəmlətməkdə davam etməmizi tələb edir. Hətta bəzən açıq və konkret olaraq onlara münasibətdə cənublu-şimallı ideoloji dəyərlərimiz üzərindən rəqabətəqabilliyimizə xüsusi önəm verməliyik.
Azərbaycan Respublikasının müstəqillik əldə etməsi ilə cənubla mədəni-ictimai əlaqələrimiz yeni mərhələyə daxil oldu. Bir tərəfdən Ümummilli lider Heydər Əliyevin öndərliyində İran-Azərbaycan dövlətlərarası əlaqələri gücləndi. Bir tərəfdən də Prezident İlham Əliyevin Şimal-Cənub nəqliyyat və dəmiryolu xəttinin strateji əhəmiyyətinə qardaşlıq əlaqələri baxımından xüsusi önəm verməsi yeni diplomatik situasiya yaratdı.
Demək olar ki, bütün istiqamətlərdə artan sosial-mədəni əlaqələr dövlətlərarası münasibətlərin inkişaf səviyyəsinə uyğun davam etmişdir.Amma bu da bir həqiqətdir ki, İran özünün klerikal məzhəbi siyasi sistemləşməsini müxtəlif vasitələrlə ölkəmizdə permanent olaraq gücləndirməsi, hətta Konstitusiya təəhhüdlərindən yüksək səviyyədə bizim sosial həyat tərzimizə hakim kəsilməsi xəttini yeritməyə başladı. Keçmiş sovet dönəmindəki proletar beynəlmiləlçiliyi adı altındakı manqurtlaşdırma siyasəti sonralar şiə qardaşlığı doktrini ilə sanki əvəz oldu.
Cənubi Azərbaycan bizim həssas yerimizdir. Milli mental dəyərlərimizin inkişafı baxımından yeni münasibətlər mərhələsinə yalnız şiə qardaşlığı kontekstində yanaşılması bizi göynədir. Cənublu-şimallı milli kimliyimizə qarşı məzhəb təəssübküşliyini qarşılıq qoymaq, erməniyə bizdən daha qardaşcasına yanaşmaq, bizi strateji təhlükə hesab etmək, bəzi dini rituallrarın tətbiqində də bizə radikalcasına barmaq silkələmək nə dildaşlığa, nə də dindaşlığa uyğun gəlir. Cənublu-şimallı azərbaycançılığa heç kəs mane ola bilmir, bilməz də! Əksinə siyasi şiyəçiliyə qarşı bütöv Azərbaycan mədəni-humanitar əlaqələrində daha qətiyyətli olmalıyıq. Dil,din, tarix, idman, ədəbiyyat, sosial-mədəni-mənəvi dəyərlər və etnik-əqrəba yaxınlğı ortaq dəyərimizdir. Rəsmi səfərlər niyə Tehranla məhdudlaşır,Təbrizlə, Ərdəbillə, digər şəhərlərlə əlaqələr niyə məhduddur? Azərbaycan üçün İran deyəndə təkcə Qum qabardılmamalı, etnokimliyimizin vacib elementlərinə qarşı genosid siyasətinin üzərinə gedilməlidir. Dilimizə, dinimizə, məzhəbimizə hakim kəsilməklə bizim himayədarımıza çevrilmək istəyənlərə qarşı üz-üzə ideloji mübarizəni artırmalıyıq.
Bizim xoşniyyətlə uzanan əlimizə həmişə qurşaqdan aşağı barmaq uzadılır, sonra da bunun “xəcalətindən“ yayınmaq üçün hicab təəssübkeşliyi nümayiş etdirilir. Axı, bu məsələyə münasibətdə iranlı qadınlar baş örtüklərini atmaqla məğrurcasına dar ağaclarına yürüdülər. İrandakılar yaylıqlarını atır, bizimkiləri də hicab təəssübkeşliyinə çağıraraq dolayı kəsərsiz arqumentlərlə daim üstümüzə atılmaqdan əl çəkinilmir.
İndi ən vacibi qarşılıqlı etimada əsaslanan dövlətlərarası münasibətlərə , xüsusi ilə Türkiyədəki dini siyasətin məzhəb təməlçiliyinə söykənməyən əsaslarına diqqət yetirməyimizə ehtiyac var. Dinin əsaslarının təşkil edildiyi Türkiyə ilə daha sivil əlaqələrə üstün yanaşmaqla gələcəkdə İranın onlarla bizə qarşı din adı altında birləşməyinə də imkan verməməliyik. Cəmiyyətimiz hər ikisi ilə teoloji rəqabətə nəinki hazır deyil, heç ehtiyac da yoxdur. Həm də Türkiyə belə bir təhdiddə bulunmur, əksinə Orta Asiya-Azərbaycan-Turkiyə geosiyasi osunun güclənməsində çox səmimidir.
İrana gəldikdə isə öncə bizdən bəhs edəndə AZƏRBAYCAN sözünü dillərinə gətirməyi İran rəsmilərindən qətiyyətlə gözləyirik.
Həsən Bayramov
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, İcmanın Binəqədi rayon nümayəndəsi, Pedaqogika elmləri doktoru
Bakıvaxtı.az üçün
















