• Bakı 21° C

    0.37 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

"Qızımın toy xərcinə görə təqaüdə çıxa bilmərəm" - "Rokki"

CƏMİYYƏT

14 Oktyabr 2026 | 09:27 | Müəllif: Əli Hüseynov

"Qızımın toy xərcinə görə təqaüdə çıxa bilmərəm" - "Rokki"

"Rokki" və "Rembo" filmləri ilə tanınan Silvestr Stallone  televiziya proqramlarından birinə qonaq olub.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, 80 yaşlı aktyor çıxışı zamanı qızı Sofiyanın qarşıdan gələn toyu ilə əlaqədar işləməyə davam etdiyini söyləyib. 

Belə ki, toy xərcləri ilə bağlı suala aktyor "Təqaüdə çıxa bilmərəm, ciddi deyirəm" deyərək tamaşaçıların gülüşünə səbəb olub.  Toya nə qədər pul xərcləyəcəyi soruşulduqda, Stallone "Onu demək utanc olar, amma təqaüdə çıxa bilmərəm" cavabını verib.  

Xatırladaq ki, Sofiya Stallone avqust ayında Maykl Şihanla nişanlanıb  Gələcək kürəkəni haqqında yüksək fikirlər söyləyən Stallone, Şihanın evlilik təklif etməzdən əvvəl onun razılığını aldığını da açıqlayıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026