• Bakı 19° C

    3.52 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

CƏMİYYƏT

13 Oktyabr 2026 | 21:32 | Müəllif: Subhan Mahmudov

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Clean Home” MMC-nin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, aktiv məşğulluq tədbiri 14 oktyabr 2026-ci il tarixində, saat 10:30-da Şükürbəyli kənd inzibati binasında təşkil olunacaq.

Yarmarkada qeyd edilən MMC üzrə vakansiyalar təqdim ediləcək.

Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026