• Bakı 19° C

    3.52 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı

DÜNYA

13 Oktyabr 2026 | 21:26 | Müəllif: Subhan Mahmudov

Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı

Türkiyənin Ankara Respublika Baş Prokurorluğu tərəfindən yürüdülən narkotik istintaqı çərçivəsində keçirilən irimiqyaslı əməliyyatda 31 şübhəli şəxs gözaltına alınıb.

Bakıvaxtı.az xəbər verir ki, Əyalət Jandarma Komandanlığı və Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin birgə fəaliyyəti nəticəsində 33 nəfərin narkotik vasitələrin ticarəti, saxlanılması, eləcə də qanunsuz silah gəzdirmə cinayətlərini törətdiyi müəyyən edilib. Prokurorluğun qərarı ilə Ankaranın 14 rayonunda eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyatlar zamanı 31 şübhəli saxlanılıb, qalan 2 nəfərin isə tutulması üçün axtarış tədbirləri davam etdirilir.

Axtarışlar zamanı 1027 qram sintetik narkotik vasitə, 2235 qram marixuana, 2320 qram skank adlı narkotik maddə, 1305 sintetik həb, 127 ekstazi həbi, 47 çətənə bitkisi, 2 qram kokain, 7 qram sintetik kannabinoid xammalı, 5 dəqiq tərəzi, 3 qanunsuz tapança, 3 ov tüfəngi, 7 çadır və cinayət yolu ilə əldə edildiyi ehtimal olunan 25 min 700 lirə (təxminən 520 dollar) nağd pul müsadirə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026