• Bakı 21° C

    0.37 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

İranda İsrail kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunan şəxs edam edilib

DÜNYA

14 Oktyabr 2026 | 11:06 | Müəllif: Əli Hüseynov

İranda İsrail kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunan şəxs edam edilib

İranda İsrail kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunan Əli-Sina Mostafavinin barəsində çıxarılmış ölüm hökmü icra olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın "Mizan" xəbər agentliyi məlumat yayıb.

    Məlumata görə, Mostafavi silahlı hücumlar, qətlə cəhd, “40 günlük müharibə” zamanı qanunsuz partlayıcı maddələrin hazırlanması, həmçinin İsrail xüsusi xidmət orqanları və devrilmiş İran şahının oğlu Rza Pəhləvi ilə əlaqələrdə təqsirli bilinib.

    İran tərəfinin iddiasına əsasən, o, Kirman şəhərində fəaliyyət göstərib, müharibə zamanı mərmilərin düşdüyü ərazilərin videolarını çəkərək İsrail kəşfiyyatına ötürüb. Həmçinin Kirman hava limanında terror aktı törətməyə hazır olduğunu bildirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    13 Oktyabr 2026