• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Tramp Ərdoğandan nəyi xahiş edəcək? - "Bilirəm ki, yerinə yetirəcək"

DÜNYA

13 Oktyabr 2026 | 21:18 | Müəllif: Subhan Mahmudov

Tramp Ərdoğandan nəyi xahiş edəcək? - "Bilirəm ki, yerinə yetirəcək"

Vaşinqton Türkiyədən husilərin "Ənsar Allah"a qarşı hərbi əməliyyatlara qoşulmasını istəyə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib. 

Müxbirlər Amerika liderindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan Husilərə qarşı əməliyyatı dəstəkləməsini istəmək niyyətində olub-olmadığını soruşublar.

"Mən bunu edə bilərəm. Bildiyiniz kimi, o mənim yaxşı dostumdur. Türkiyə Prezidentinə böyük hörmətim var. Düşünürəm ki, Prezident Ərdoğan mənim xahişimi yerinə yetirəcək", - deyə Tramp cavab verib.

Lakin Amerika Prezidenti Türkiyə liderinə artıq belə bir xahiş edib-etmədiyini və ya Türkiyənin əməliyyatda iştirakı ehtimalının müzakirə olunub-olunmadığını deməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026