• Bakı 19° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Rusiya Bəşər Əsədi Suriyaya verir? - RƏSMİ

DÜNYA

14 Oktyabr 2026 | 22:58 | Müəllif: Subhan Mahmudov

Rusiya Bəşər Əsədi Suriyaya verir? - RƏSMİ

Rusiya Suriyanın keçmiş prezidenti Bəşər Əsədə siyasi sığınacaq vermək qərarını yenidən nəzərdən keçirməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Georgi Borisenko yerli mediaya müsahibəsində deyib.

“Suriyalı tərəfdaşlarımız Rusiyanın Bəşər Əsədə humanitar səbəblərdən siyasi sığınacaq verdiyini yaxşı bilirlər. Və Dəməşqdəki mövcud hakimiyyət Rusiyanın bu qərarının sarsılmaz olduğunu başa düşür", - Borisenko bildirib.

Qeyd edək ki, Əsəd ailəsi 2024-cü ilin dekabrında silahlı müxalifət Dəməşqi ələ keçirib keçmiş hökuməti devirdikdən sonra Rusiyaya sığınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026