Fransanın Lion şəhərindən İstanbula uçan Türk Hava Yollarına məxsus təyyarə təcili vəziyyət siqnalı verərək istiqamətini dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Flightradar24” uçuşları izləmə xidmətinin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Məlumata görə, TK1808 nömrəli reys 7700 təcili vəziyyət siqnalı verib. Təyyarə İstanbul Hava Limanında eniş etmək üçün iki dəfə yaxınlaşdıqdan sonra istiqamətini dəyişib.
Hadisənin səbəbi və təyyarədəki sərnişinlərin vəziyyəti barədə hələlik əlavə məlumat verilməyib.
Murad İsmayıl
















