• Bakı 19° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Füzulidə məscidin açılışı bu tarixdə olacaq - Səfir

SİYASƏT

13 Oktyabr 2026 | 20:36 | Müəllif: Subhan Mahmudov

Füzulidə məscidin açılışı bu tarixdə olacaq - Səfir

Türkmənistanın Füzuli şəhərində inşa etdiyi məscidin açılışının 2026-cı ilin sonunda və ya 2027-ci ilin əvvəlində keçirilməsi planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov Bakıda Türkmənistanın Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

Səfir Arkadağ və Füzuli şəhərləri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasını qeyd edərək, birgə təşəbbüslərin və irimiqyaslı layihələrin iki xalq arasındakı dostluğun möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

"Hazırda daha bir mühüm layihə - Füzuli şəhərində məscid tikintisi həyata keçirilir. Məscidin açılış mərasiminin bu ilin sonunda və ya gələn ilin əvvəlində keçirilməsi planlaşdırılır", - o qeyd edib.

Xatırladaq ki, oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, digər dövlət və hökumət başçıları Türkmənistanın Füzulidə inşa edəcəyi məscidin təməlqoyma mərasimində onlayn formatda iştirak ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR