• Bakı 23° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Latviya tank əleyhinə mina istehsalı zavodu tikəcək

DÜNYA

14 Oktyabr 2026 | 10:34 | Müəllif: Gülşən Şərif

Latviya tank əleyhinə mina istehsalı zavodu tikəcək

 Latviya Nazirlər Kabineti ölkədə yeni tank əleyhinə mina istehsalı zavodu tikmək qərarına gəlib.  

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu Memorandum "National Defense Corporation" MMC və Almaniyanın aparıcı hərbi sənaye şirkəti olan "Dynamite Nobel Defense" tərəfindən imzalanıb. Bu layihə milli silahlı qüvvələrin ehtiyacları üçün tam istehsal və təchizat dövrünü, eləcə də ixrac üçün planlaşdırılan məhsulların böyük bir hissəsini təmin edəcək. Nəticədə təchizat zəncirlərinin etibarlılığı və təhlükəsizliyi əhəmiyyətli dərəcədə artacaq. 

Müdafiə naziri Raivis Melnis vurğulayıb ki, bu qərar Latviyada tank əleyhinə minaların və onların komponentlərinin istehsalı üçün ixtisaslaşmış zavodun yaradılması ilə bağlı bu ilin fevral ayında imzalanmış anlaşma memorandumunun praktik davamıdır. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026