• Bakı 16° C

    2.17 m/s

Keniyada helikopter qəzası nəticəsində 7 nəfər ölüb - YENİLƏNİB

DÜNYA

19 Avqust 2026 | 19:32 | Müəllif: Əli Hüseynov

Keniyada helikopter qəzası nəticəsində 7 nəfər ölüb - YENİLƏNİB

Keniyada Ololokve dağında "Eurocopter" helikopterinin qəzaya uğraması nəticəsində 6 turist və bir pilot da daxil olmaqla 7 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media polisə istinadən məlumat yayıb.

Məlumata görə, helikopter "Lady Lori" çarter şirkəti tərəfindən istismar olunurdu və Laykipiya dairəsindəki Soyan fermasından Keniyanın mərkəzi hissəsində yerləşən Loysaba qoruğuna uçurdu.

Qəzanın səbəbi hələlik müəyyən edilməyib.

***

14:08

Keniyada göyərtəsində 7 əcnəbi turistin olduğu helikopter qəzaya uğrayıb.

Bakıvaxtı.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Samburu dairəsində, Ololokve dağı yaxınlığında baş verib.

Turistlərin vətəndaşlığı, göyərtədə olan insanların dəqiq sayı və ölənlərin olub-olmaması hələ ki dəqiqləşdirilməyib. Yerli sakinlər və xilasedici komandalar hadisə yerinə yollanıblar.

Ərazidə yanğın baş verdiyi bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026