• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Səmərqənddə Uşaqlar üçün Ümumdünya Sammiti keçiriləcək

DÜNYA

18 Sentyabr 2026 | 16:56 | Müəllif: Gülşən Şərif

Səmərqənddə Uşaqlar üçün Ümumdünya Sammiti keçiriləcək

Uşaqların Rifahı və Gələcəyi üzrə Dünya Sammiti 21-22 oktyabr tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək. 

Bakıvaxtı.az "Belta"ya istinadən xəbər verir ki, "Uşaqların Rifahına İnvestisiya: Gələcək Nəsillər üçün Davamlı və Ədalətli İnkişafa Doğru" adlı forumda 100-dən çox ölkədən nümayəndələr iştirak edəcək.

Sammitdə siyasi liderlər, nazirlər, beynəlxalq təşkilatların nümayəndələri və sosial müdafiə, səhiyyə və təhsil sahəsindəki mütəxəssislər iştirak edəcəklər. Tədbirin xüsusi özəlliyi uşaqların və yeniyetmələrin tədbirdə iştirakı olacaq və onlar aktual məsələlərin müzakirəsinə qoşula biləcəklər.

Proqrama rəsmi açılış mərasimi, panel iclasları və tematik müzakirələr daxildir. Forumda səhiyyə, təhsil, sosial müdafiə və gənc nəslin tam inkişafı məsələləri hərtərəfli şəkildə müzakirə olunacaq.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026