• Bakı 21° C

    7.32 m/s

İndoneziyada 5,3 maqnitudalı zəlzələ baş verib

DÜNYA

18 Oktyabr 2026 | 14:49 | Müəllif: Əli Hüseynov

İndoneziyada 5,3 maqnitudalı zəlzələ baş verib

İndoneziyada 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İndoneziyanın Meteorologiya, İqlimşünaslıq və Geofizika Agentliyi (BMKG) məlumat yayıb.

    Bildirilib ki, yeraltı təkanlar Labuan Bajo bölgəsindən 60 kilometr məsafədə qeydə alınıb.

    Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

    Dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.

    Qeyd edək ki, İndoneziya Sakit okeanın “Odlu halqa” adlanan seysmik fəal zonasında yerləşdiyindən ölkədə tez-tez zəlzələlər və vulkan püskürmələri baş verir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Oktyabr 2026