Rusiyanın Leninqrad vilayətinə Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində 20 minə yaxın sakin elektrik enerjisiz qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko məlumat verib.
Onun sözlərinə görə, Qatçina şəhərində vurulan dronlardan birinin qalıqları çoxmənzilli yaşayış binasının üzərinə düşüb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.
Vilayətin Vsevolojsk rayonunda isə dron qalıqlarının yaşayış binasının üzərinə düşməsi nəticəsində bir qadın və üç uşaq xəstəxanaya yerləşdirilib. Drozdenko bildirib ki, Leninqrad vilayəti üzərində ümumilikdə 135 PUA vurulub. Dron hücumları səbəbindən Sankt-Peterburqun Pulkovo hava limanında da uçuşlar məhdudlaşdırılıb. Hava limanının elektron məlumat lövhəsinə əsasən, 15 aviareys ləğv edilib, daha 25 reysin uçuşu gecikir.
















