• Bakı 21° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı

SİYASƏT

22 Sentyabr 2026 | 20:54 | Müəllif: Subhan Mahmudov

Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olunmasına dəstəyini ifadə edib.

Bakıvaxtı.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında Türkiyənin Cənubi Qafqaza baxışının aydın olduğunu bildirib.

“Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq. Cənab Əliyev və cənab Paşinyanın ortaya qoyduqları həll iradəsini təqdir edir və dəstəkləyirik”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan, həmçinin Ermənistanla Türkiyə arasında normallaşma prosesini qətiyyətlə davam etdirdiklərini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR