• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

ABŞ Qrenlandiyada iki hərbi bazanı istifadəyə verəcək

DÜNYA

22 Sentyabr 2026 | 13:47 | Müəllif: Gülşən Şərif

ABŞ Qrenlandiyada iki hərbi bazanı istifadəyə verəcək

ABŞ Danimarka ilə müqavilələrə uyğun olaraq, Qrenlandiyanın cənubunda Soyuq Müharibə dövründən qalma hərbi baza açmağı və şərq sahilindəki bazada hərbi mövcudluq yaratmağı planlaşdırır.

Bakıvaxtı.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu bazalar əvvəllər Amerikanın "Bluie West One" aviabazasının yerləşdiyi Narsarsuaq yaşayış məntəqəsi və Danimarka hərbçiləri tərəfindən istifadə edilən Mesters Vig hərbi obyektidir. 

ABŞ prezidenti Donald Trampın iştirakı ilə sənədlərin imzalanması bu gün - 22 sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində planlaşdırılır.

Qeyd edək ki, Tramp əvvəllər ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyi üzərində nəzarəti Vaşinqtona təhvil vermək barədə razılığa gəldiyini açıqlamışdı. Onun sözlərinə görə, Amerika tərəfi dərhal Arktika adasında hərbi mövcudluğunu artırmağa başlayacaq.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR