• Bakı 24° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Bərdədə "kalaşnikov" və patronlar aşkarlandı

HADİSƏ

23 Sentyabr 2026 | 12:59 | Müəllif: Əli Hüseynov

Bərdədə "kalaşnikov" və patronlar aşkarlandı

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat əldə etməkdə, saxlamaqda və satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Bərdə rayon sakini Y.Fətullazadənin qanunsuz yolla əldə etdiyi odlu silah-sursatı satmaq niyyətində olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, patron darağı və 29 ədəd sursat aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026