• Bakı 24° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Qobustanda avtomobil yanıb - VİDEO

HADİSƏ

23 Sentyabr 2026 | 12:43 | Müəllif: Əli Hüseynov

Qobustanda avtomobil yanıb - VİDEO

Qobustanda avtomobildə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı-Şamaxı magistral avtomobil yolunun Qobustan rayonunun ərazisindən keçən hissəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qobustan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford Fusion” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində avtonəqliyyat vasitəsinin mühərrik hissəsi yanıb.

    Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Sentyabr 2026