• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Məktəblilərə YENİ VAKSİN XƏBƏRDARLIĞI - Pediatr açıqladı

CƏMİYYƏT

23 Sentyabr 2026 | 15:14 | Müəllif: Zeynəb Rzayeva

Məktəblilərə YENİ VAKSİN XƏBƏRDARLIĞI - Pediatr açıqladı

“Uşağın immun sistemini artıracaq belə bir möcüzə dərman yoxdur”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova qurumun “İnstagram” səhifəsində keçirilən canlı yayımı zamanı deyib.

Pediatr bildirib ki, valideynlərin ən çox maraqlandığı məsələlərdən biri uşaqların tez-tez xəstələnməsinin qarşısını almaq və immun sistemini gücləndirməkdir.

“Əlbəttə ki, hər bir valideyn istəyir ki, uşaq xəstələnməsin. Lakin uşağın immun sistemini artıracaq belə bir möcüzə dərman yoxdur. Hər bir uşağın immun sistemi anadangəlmə formalaşan bir prosesdir. Biz isə uşağın həyatının ilk dövrlərindən etibarən onun gündəlik rejimini elə qurmalıyıq ki, immun hüceyrələri aktiv fəaliyyət göstərə bilsin və qarşılaşdığı virus infeksiyaları ilə mübarizə apara bilsin”, - deyə Günay Salehova bildirib.

Onun sözlərinə görə, bunun üçün ilk növbədə uşağın düzgün və balanslı qidalanmasına diqqət edilməlidir. Uşağın rasionunda zülal və proteinlə zəngin, sink və omeqa-3 tərkibli qidalar, həmçinin bağırsaq florasının normal fəaliyyətini dəstəkləyən qidalar yer almalıdır.

Pediatr qeyd edib ki, bağırsaq florasının normal fəaliyyəti uşağın immun sisteminin formalaşmasında mühüm rol oynayır:

“Uşaqların immun sisteminin formalaşması üçün ilkin olaraq orqanizmimizin bağırsaq florasının fəaliyyəti normal olmalıdır. Hər bir uşağın normal bağırsaq florası olarsa, orada immun hüceyrələrin fəaliyyəti də aktiv olur”.

Günay Salehova tez-tez virus infeksiyalarına yoluxan uşaqlarda qripə qarşı vaksinasiyanın da aparılmasını tövsiyə edib. Onun sözlərinə görə, 6 aydan yuxarı uşaqlara hər il qripə qarşı vaksinasiya mümkündür.

Pediatr gigiyena qaydalarına əməl etməyin də vacibliyini vurğulayıb. O bildirib ki, xüsusilə məktəb və bağçalarda uşaqların bir-biri ilə yaxın təmasda olması virusların yayılmasına şərait yarada bilər.

“Əllərin düzgün yuyulması, uşaqların müntəzəm olaraq açıq havada gəzdirilməsi rejim halına gəlməlidir. Ümumiyyətlə, uşaqların virus infeksiyalarından qorunması təkcə valideynlərin işi deyil. Bu, müəllimin, tərbiyəçinin və ümumiyyətlə cəmiyyətin məsuliyyətidir. Çünki uşaqları biz idarə edirik və onlara düzgün yolu böyüklər, müəllimlər və valideynlər göstərir”, - deyə pediatr bildirib.

Zeynəb Rzayeva

Taqlar:vaksin

Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR