• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

NİİM avtobus zolaqları ilə bağlı sürücülərə müraciət edib - VİDEO

CƏMİYYƏT

23 Sentyabr 2026 | 10:12 | Müəllif: Əli Hüseynov

NİİM avtobus zolaqları ilə bağlı sürücülərə müraciət edib - VİDEO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ictimai nəqliyyatın fasiləsiz hərəkəti ilə bağlı sürücülərə müraciət edib.

NİİM-dən Bakıvaxtı.az-a verilən məlumata görə, müraciətdə deyilir:

    "Paytaxt yollarında bəzi minik avtomobillərinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması marşrut avtobuslarının yol-nəqliyyat hadisələrinin iştirakçısı olmasına səbəb olur. Müşahidə kameralarının qeydə aldığı belə qəzaların bir neçəsinin təhlili onu deməyə əsas verir ki, bəzi hallarda sürücülər içərisi sərnişinlə dolu olan avtobusların zolağına qəfil daxil olur, düzgün ara məsafəsi saxlamır və diqqətsizlik etməklə qəza törədirlər.

    Baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sərnişinlərin həyatı üçün təhlükəli vəziyyət yaranmaqla yanaşı, onlar düşürdülür, qəza iştirakçısı olan avtobus hərəkətdən kənarda qalır, marşrut üzrə hərəkətin bərpası üçün isə əvəzedici avtobusun təmin edilməsinə ehtiyac yaranır. Beləliklə, bir sürücünün yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşması nəticəsində onlarla sərnişin həm təhlükə və stress yaşayır, həm də əlavə vaxt itkisi ilə üzləşir.

    Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri marşrut avtobuslarına münasibətdə daha diqqətli olmağa, təhlükəsiz ara məsafəsi saxlamağa, avtobusların hərəkət zolağına qəfil daxil olmamağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır".

     

     

    Daxili İşlər NazirliyiNəqliyyatı İntellektual İdarəetmə Mərkəzi


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Sentyabr 2026