• Bakı 22° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Quterreşdən Yaxın Şərq çağırışı: “Artıq kifayətdir”

DÜNYA

22 Sentyabr 2026 | 17:49 | Müəllif: Günəş Mərd

Quterreşdən Yaxın Şərq çağırışı: “Artıq kifayətdir”

BMT-nin Baş katibi Antonio Quterreş Yaxın Şərqdə döyüşlərin dayandırılmasına və humanitar yardımın maneəsiz şəkildə çatdırılmasına çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, Quterreş bunu BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasət müzakirələrində çıxışı zamanı deyib.

O bildirib ki, regionda qeyri-sabitliyin artması fonunda işğal olunmuş Fələstin ərazisindəki vəziyyət diqqətdən kənarda qalmamalıdır.

“Sözdə atəşkəs ‘az atəşkəs’dən başqa bir şey olmadığını sübut etdi və mülki şəxslər bunun bədəlini ödəməyə davam edirlər. Artıq kifayətdir”, – deyə Quterreş vurğulayıb.

Baş katib liderləri yüksək səviyyəli deeskalasiya və dialoq həftəsindən maksimum istifadə etməyə çağırıb. O, döyüşlərin dayandırılmasının, humanitar yardımın bölgəyə çatdırılmasının, həmçinin dənizçilik hüquqları və azadlıqlarının beynəlxalq hüquqa uyğun olaraq tam bərpa edilməsinin vacibliyini qeyd edib.

Quterreş xatırladıb ki, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücumundan təxminən üç il keçir. Onun sözlərinə görə, bundan sonra Qəzzada genişmiqyaslı döyüşlər baş verib və BMT-dəki fəaliyyəti dövründə görünməmiş ölüm və dağıntılarla nəticələnib.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR