• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Vahid məktəbli forması nəyi dəyişəcək? - AÇIQLAMA

CƏMİYYƏT

22 Sentyabr 2026 | 15:27 | Müəllif: Zeynəb Rzayeva

Vahid məktəbli forması nəyi dəyişəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, məktəblərdə şagirdlərin vahid geyim formasına dair yeni qaydalar müəyyənləşdirilib. Yeni tələblərə əsasən, orta ümumtəhsil məktəblərində şagirdlərin tədris prosesində məktəbin müəyyən etdiyi standartlara uyğun vahid geyim formasında iştirakı nəzərdə tutulur.

Bəs yeni qaydaların əsas tələbləri nələrdir və bu dəyişiklik təhsilin keyfiyyətinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, Nazirlər Kabinetinin 2022-ci ildə qəbul etdiyi müvafiq qərara dəyişiklik edilib və məktəblilərin vahid geyim formasına dair qərar təsdiqlənib.

Onun sözlərinə görə, yeni qaydalara əsasən, orta ümumtəhsil məktəblərində şagirdlər öz istəklərinə uyğun deyil, məktəb tərəfindən müəyyənləşdirilən standartlara uyğun geyim formasında tədris prosesində iştirak edəcəklər.

Ekspert hesab edir ki, vahid məktəbli formasının tətbiqi sosial bərabərliyin və sosial ədalətin qorunmasına, şagirdlər arasında ayrı-seçkiliyin qarşısının alınmasına xidmət edə bilər:

"Vahid geyim forması məktəbdə nizam-intizamın təmin olunmasına da töhfə verə bilər. Yəni məktəbdə bütün şagirdlərin eyni geyimdə olması bir aura formalaşdıracaq, bir müsbət atmosfer formalaşdıracaq ki, bu da təhsil mühitinin daha gözəl bir formada həyata keçirilməsinə zəmin formalaşdırmış olacaq".

Ramin Nurəliyev: Bu, sosial bərabərliyin və sosial ədalətin qorunmasına xidmət edə bilər

Ekspertin sözlərinə görə, müəyyən hallarda məktəbli geyim formasından kənara çıxmağa da icazə verilə bilər. Belə hallar məktəbin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilir.

O bildirib ki, xüsusilə milli-vətənpərvərlik ruhunda keçirilən tədbirlər zamanı şagirdlərin milli geyimlərdən istifadəsinə pedaqoji şuranın qərarı əsasında icazə verilə bilər:

"Vahid geyim formasının tələblərindən kənara çıxan şagirdlərə münasibətdə isə məktəbin nizam-intizam qaydaları tətbiq oluna bilər".

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR