• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb

CƏMİYYƏT

22 Sentyabr 2026 | 15:37 | Müəllif: Əli Hüseynov

Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb

2013-cü ildə Şəmkirdə törədilmiş xüsusi amansızlıqla qətlin üstü açılıb.

Bakıvaxtı.az xəbər verir ki, avqustun 5-də Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə qətlə yetirilməsi faktı üzrə Baş Prokurorluğun İstintaq idarəsində araşdırma aparılıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən keçirilən kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini Xəyal Məmmədovun cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaqla müəyyən olunub ki, X.Məmmədov tamah məqsədilə Kifayət Məhərrəmovaya cib bıçağı ilə çoxsaylı zərbələr endirərək onu xüsusi amansızlıqla öldürüb. Daha sonra mənzildən 100 manat pul və çoxsaylı qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıb.

X.Məmmədov ifadəsində və ifadəsinin yerində yoxlanılması zamanı cinayəti törətdiyini etiraf edib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Şəmkir Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən illərdə bağlı qalmış cinayətlərin, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması və açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin diqqətində saxlanılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR